Bakının bu rayonlarında avtomobil yolları təmir ediləcək
15 Jun 2026, 12:33
8 baxış
Admin
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Nərimanov, Yasamal, Səbail, Nəsimi, Xətai və Nizami rayonlarında yol infrastrukturunu yeniləməyə hazırlaşır.
Bu barədə News24.az-a qurumdan bildirilib.
Məlumata görə, ilkin mərhələdə küçə və prospektlərin təmirə ehtiyacı olan hissələrində bərpa işləri həyata keçiriləcək.
Məqsəd paytaxtın yol infrastrukturunun yaxşılaşdırılması, nəqliyyatın hərəkətinin daha təhlükəsiz və rahat təşkil edilməsidir.
Mənbə:
news24.az