Dünya

Ermənistanda MSK parlament seçkilərinin nəticələrini təsdiqlədi

14 Jun 2026, 18:47 8 baxış Admin
Ermənistanda MSK parlament seçkilərinin nəticələrini təsdiqlədi

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

News24.az xəbər verir ki, hakim "Vətəndaş müqaviləsi" Partiyası 49,7456 % səslə liderlik edir.

Siyahıda "Güclü Ermənistan" 23,2710 % səslə ikinci, "Ermənistan Alyansı" isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. "Çiçəklənən Ermənistan" Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4% həddini keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.

Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası hökuməti təkbaşına formalaşdıracaq.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-i sayılmasına əsasən "Vətəndaş müqaviləsi" Partiyası səslərin 49,83 %-ni toplayıb. /Report/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər