Dünya

Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır

14 Jun 2026, 16:22 7 baxış Admin
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından ölənlərin sayı 149-a çatıb.

News24.az xəbər verir ki, bu barədə KDR-nin Rabitə və KİV İşləri Nazirliyi məlumat yayıb.

"Təsdiqlənmiş xəstəlik hallarının sayı 710-dur. Xəstəxana və izolyatorlarda Ebola virusuna yoluxmuş 324 nəfər var. Ölüm göstəricisi - 21%. Təmasların izlənilməsi səviyyəsi - 60,5%", - qurumdan qeyd edilib.

Daha əvvəl nazirlik 139 ölüm və 689 yoluxma halı barədə məlumat verib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər