Dünya

Ərazini təcili tərk edin! - İsrail xəbərdarlıq etdi

14 Jun 2026, 14:18 7 baxış Admin
Ərazini təcili tərk edin! - İsrail xəbərdarlıq etdi

İsrail Müdafiə Ordusu Livanın cənubundakı 29 yaşayış məntəqəsinin sakinlərinə "Hizbullah" qruplaşmasının obyektlərinə endiriləcək aviazərbələrlə əlaqədar təcili təxliyə barədə bildirişlər göndərib.

News24.az xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avixay Edri bildirib.

"Biz atəşkəs razılaşmasını pozmağa davam edən "Hizbullah"a qarşı qəti tədbirlər görmək məcburiyyətindəyik", - o bildirib və təhlükəsizlik naminə insanların dərhal evləri tərk etməli olduğunu qabardıb.

Edri vurğulayıb ki, "Hizbullah" yaraqlılarının, obyektlərinin və ya hərbi texnikasının yaxınlığında olan hər kəs öz həyatını təhlükəyə atır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər