Digər

Nazirdən məktəblərlə bağlı yeni plan

13 Jun 2026, 15:00 8 baxış Admin
Nazirdən məktəblərlə bağlı yeni plan

“İstəyirik bölgənin ən bacarıqlı müəllimlərini bir neçə məktəbə toplayaraq 10 və 11-ci sinif şagirdlərinin ali təhsil müəssisələrinə hazırlığını təmin edək”.


Bakupost.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir yeni modelin mahiyyətini belə izah edib: “Bu, ilkin addımlardır. İnanıram ki, tam orta məktəb modelini formalaşdırmaq üçün bizə bir neçə il lazım olacaq.
İstəyirik ki, uşaqlar 9-cu sinfə qədər bəlli bir məktəbdə oxuduqdan sonra tam orta təhsillərini öz ixtisasları üzrə davam etdirə bilsinlər.
Bu, müəyyən mənada ailələrə də dəstək olacaq, çünki həmin müəllimlər keyfiyyətinə görə seçilən fərqli pedaqoqlar olacaqlar. Təbii ki, kimsə yenə də öz övladını əlavə hansısa proqrama cəlb etmək istəyirsə, burada da ciddi problem görmürəm”.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər