Cəmiyyət

Bəzi kəndlərə dolu düşüb - FAKTİKİ HAVA

12 Jun 2026, 18:36 8 baxış Admin
Bəzi kəndlərə dolu düşüb - FAKTİKİ HAVA

Gədəbəy və Göygölün bəzi kəndlərinə dolu düşüb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Qazax, Ağstafa, Tovuz, Şəmkir, Ağdərə, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdam, Naftalan, Goranboyda arabir yağış yağır.

Saat 17:01-17:03 radələrində Gədəbəy rayonuna diametri 11 mm, rayonun Slavyanka, Söyüdlü, Maarif, Qaradağ kəndlərinə, saat 17:32-17:44 radələrində Göygöl rayonunun Kərəmli kəndinə dolu düşüb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər