Cəmiyyət

Sabiq səfir Dursun Həsənov vəfat etdi

12 Jun 2026, 03:58 7 baxış Admin
Sabiq səfir Dursun Həsənov vəfat etdi

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.
Bakupost.az xəbər verir ki, o, Bakıda, yaşadığı evdə dünyasını dəyişib.
Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.
Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur.
Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər