Beyləqanda 11-ci sinif şagirdi öldü
11 Jun 2026, 21:36
5 baxış
Admin
Beyləqan rayonunda ölüm hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, rayonun Eyvazallar kəndinin sakini Elvin Aslanlı ürək çatışmazlığından vəfat edib.
Elvin Aslanlı Eyvazallar kənd tam orta məktəbinin 11-ci sinfini bu il bitirib.
O, kənd qəbiristanlığında dəfn edilib.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)
Mənbə:
news24.az