Bakıda "Qazel"lə motosiklet toqquşdu, ölən var
11 Jun 2026, 09:33
5 baxış
Admin
Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb.
News24.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.
1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.
Mənbə:
news24.az