Dünya

Xalq artisti insult keçirdi

11 Jun 2026, 10:59 9 baxış Admin
Xalq artisti insult keçirdi

Rusiyanın xalq artisti, müğənni, “Vesyolıye rebyata” ansamblının keçmiş üzvü Aleksandr Buynov insult keçirib.

News24.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, 76 yaşlı xalq artisti “işemik insult” diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini stabilləşdiriblər və göstəriciləri normaya düşdükdən sonra evə buraxıblar.

Sənətçiyə daha çox istirahət etmək və fiziki yüklənmələri məhdudlaşdırmaq tövsiyə olunub.

“SHOT”-un məlumatına əsasən, hazırda Buynov yaradıcılıq fəaliyyətinə qayıdıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər