Dünya

Ermənistanda siyasi qüvvələrlə bağlı SƏRT QƏRAR

10 Jun 2026, 16:27 5 baxış Admin
Ermənistanda siyasi qüvvələrlə bağlı SƏRT QƏRAR

Ermənistandakı siyasi qüvvələrin nümayəndələri ciddi cinayət törədərlərsə, seçkilərdə iştirakdan kənarlaşdırıla bilər.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bildirib.

Onun sözlərinə görə, ictimai-siyasi konsensus əldə olunarsa, yeni Konstitusiyanın redaktə olunmuş layihəsinə daha sərt normalar daxil edilə bilər.

Qalyan qeyd edib ki, bu cür dəyişikliklərə dair tələb cəmiyyətdə ötən seçkilərdən əvvəl və seçkilər zamanı baş vermiş hadisələrin fonunda formalaşıb.

Nazir həmçinin bildirib ki, ciddi hüquq pozuntularında təqsirli bilinən partiyaların siyahılarında yer alan ilk 50 namizədin 30 il müddətinə seçkilərdə iştirak hüququndan məhrum edilməsi təşəbbüsü də nəzərdən keçirilir. /Sputnik Ermənistan/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər