Dünya

Meymum 6 yaşlı uşağı öldürdü

10 Jun 2026, 13:33 7 baxış Admin
Meymum 6 yaşlı uşağı öldürdü

Tailandın Nakhon Si Thammarat vilayətində 6 yaşlı uşaq faciəvi şəkildə həlak olub

News24.az xəbər verir ki, azyaşlıya babasının evdə saxladığı meynum hücum edib.

Hadisə iyunun 6-da uşaq kənddə qohumlarını ziyarət edərkən baş verib.

Məlumata görə, həyətdə ağaca bağlı olaraq saxlanılan meynum aqressivləşərək yanından keçən uşağa qəfil hücum edib, onu dişləyib və ciddi xəsarətlər yetirib.

Yaralı uşaq ailə üzvləri tərəfindən xəstəxanaya aparılsa da, həkimlər onun həyatını xilas edə bilməyib. Dişləmə nəticəsində daxili orqanlar ciddi zədələnib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı meymun zəncirdə olub və sərbəst buraxılmayıb. / Mothership/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər