Həcc ziyarətində xəstələnən zəvvar vəfat etdi
09 Jun 2026, 21:42
6 baxış
Admin
Həcc ziyarəti zamanı Məkkədə xəstələnən Türkiyə vətəndaşı olan 70 yaşlı Adem Sayın müalicə aldığı xəstəxanada vəfat edib.
News24.az-ın məlumatına görə, Afyonkarahisarın Bolvadin rayonundan zəvvar ziyarətdən sonra səhhətində yaranan ağırlaşma səbəbindən Türkiyəyə təxliyə olunub. O, İstanbulda xəstəxanada reanimasiya şöbəsinə yerləşdirilməsinə və. həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.
Mərhumun cənazəsinin doğulduğu Bolvadində dəfn olunacağı bildirilib.
Mənbə:
news24.az