Ağcabədi sakini zəhərlənərək VƏFAT ETDİ
09 Jun 2026, 14:09
5 baxış
Admin
Ağcabədi rayonunda 60 yaşlı kişi zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, hadisə iyunun 8-də şəhər ərazisində qeydə alınıb. Rayon sakini - 1966-cı il təvəllüdlü Sərxan Savalan oğlu Şirinov evində səhvən kimyəvi məhlul içib.
O, xəstəxanaya çatdırılsa da, orada ölüb.
Məlumata görə, S.Şirinov ruhi əsəb xəstəsi olub.
Faktla bağlı araşdırma aparılır. (Oxu.az)
Mənbə:
news24.az