İsraildən ağır zərbə - Komandir öldürüldü
09 Jun 2026, 12:21
6 baxış
Admin
Fələstinin HƏMAS hərəkatının komandirlərindən biri öldürülüb.
Bakupost.az xəbər verir ki, bu barədə İsrail Ordusu məlumat yayıb.
Məlumata görə, hədəf HƏMAS-ın Dəniz Polisi qüvvələrinin əsas qərargahı olub. Əməliyyat zamanı HƏMAS-ın hərbi qanadında bölük komandiri olduğu bildirilən İsmayıl əl-Ləhham da daxil olmaqla bir neçə silahlı şəxs zərərsizləşdirilib.
İsrail tərəfi iddia edib ki, qərargahdan İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçilərinə və İsrail mülki vətəndaşlarına qarşı hücumların planlaşdırılması və həyata keçirilməsi məqsədilə istifadə olunub.
Açıqlamada həmçinin bildirilib ki, obyekt HƏMAS-ın fəaliyyət imkanlarının bərpası və yenidən formalaşdırılması üçün istifadə edilib və bu, atəşkəs razılaşmasının pozulması kimi qiymətləndirilib.
Mənbə:
bakupost.az