Digər

Türkiyədən Ermənistandakı seçkilərlə bağlı rəsmi mövqe: “Azərbaycanla...”

08 Jun 2026, 19:46 9 baxış Admin
Türkiyədən Ermənistandakı seçkilərlə bağlı rəsmi mövqe: “Azərbaycanla...”

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda ötən gün keçirilən parlament seçkisi ilə bağlı bəyanat yayıb.


Bakupoat.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bəyanatda seçkinin nəticələrinin Ermənistan xalqı üçün xeyirli olması arzulanıb.
"Seçkidən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını mümkün edəcək şəraitin formalaşacağına ümid edirik", - deyə Türkiyə XİN-in bəyanatında vurğulanıb.
Bəyanatda həmçinin qeyd olunub ki, Türkiyə bundan sonra da region ölkələrinin ümumi maraqları əsasında regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər