Digər

Dövlət büdcəsindən vətəndaşlara 122 mln. manat geri qaytarılıb

05 Jun 2026, 11:33 9 baxış Admin
Dövlət büdcəsindən vətəndaşlara 122 mln. manat geri qaytarılıb

2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.


Bu barədə Bakupost.az-a Maliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər