Finlandiyadan təklif: Aİ-üzvlərinin sayı 40-a çatdırılsın
04 Jun 2026, 17:42
12 baxış
Admin
Finlandiya Prezidenti Aleksandr Stubb Avropa İttifaqına (Aİ) üzv dövlətlərin sayının 27-dən 40-a qaldırılmasını təklif edib.
Bakupost.az xarici mətbuata istinadən xəbər verir ki, o hətta Kanadanın da Aİ-yə daxil edilməsini istəyib.
Fikrini də belə əsaslandırıb ki, Kanadanın 51-ci ABŞ ştatı olmaq əvəzinə, 28-ci Aİ üzv dövləti olması daha gözəl olar.
Stubb Türkiyəni, keçmiş Yuqoslaviya dövlətlərini, Albaniyanı, Norveçi, İslandiyanı, Ukraynanı, Moldovanı və Gürcüstanı Aİ üzvlüyünə potensial namizədlər adlandırıb.
Rüfət Sultan, BakuPost
Mənbə:
bakupost.az