Ermənistan və ABŞ “TRIPP Marşrutu” üzrə çərçivə sazişini imzaladı
04 Jun 2026, 12:24
11 baxış
Admin
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ ilə “TRIPP Marşrutu” üzrə çərçivə sazişini imzalayıb.
News24.az xəbər verir ki, Mirzoyan bunu Ermənistan XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanan efir zamanı deyib.
O bildirib ki, ABŞ dövlət katibi Marko Rubio tərəfindən təsdiqlənmiş sənədə imza atıb.
Qeyd edək ki, tərəflər bu sazişi mayın 26-da İrəvanın “Zvartnots” hava limanında paraflamış və onu yaxın vaxtlarda imzalamağa söz vermişdilər.
Mənbə:
news24.az