Tramp Ankarada keçiriləcək NATO Sammitində iştirak edəcək
03 Jun 2026, 21:24
9 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp 7–8 iyul 2026-cı il tarixlərində Ankarada keçiriləcək NATO Sammitində şəxsən iştirak edəcək.
Bakupost.az xəbər verir ki, ABŞ Dövlət Katibi Marko Rubio ABŞ Konqresində çıxışı zamanı bu barədə məlumatı əsmən təsdiqləyib.
Sammitdə ABŞ-ın müttəfiqlərdən müdafiə xərclərini artırmaq tələbi, həmçinin Yaxın Şərqdəki regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, bu, Türkiyənin 2004-cü ildəki İstanbul sammitindən sonra ev sahibliyi edəcəyi ikinci NATO zirvə görüşüdür.
Mənbə:
bakupost.az