Maraqlı

Süni yumurtadan 26 cücə çıxdı

20 May 2026, 18:49 14 baxış Admin
Süni yumurtadan 26 cücə çıxdı

"Colossal Biosciences" şirkəti süni yumurtadan 26 cücənin çıxdığını açıqlayıb.

News24.az-ın məlumatına görə, cücələr şəffaf silikon örtüklü süni yumurtalarda inkişaf edib. Daha sonra onlar adi cücələr kimi qabığı dimdikləri ilə qıraraq çıxıblar.

Bildirilir ki, cücələr üzərində genetik dəyişiklik aparılmayıb və onlar adi toyuq cücələri ilə eyni xüsusiyyətlərə malikdir.

Mütəxəssislər qeyd edirlər ki, bu üsul gələcəkdə nəsli kəsilməkdə olan heyvan növlərinin qorunması və bərpasında istifadə oluna bilər.

Araşdırma ilə bağlı elmi nəticələrin hələ rəsmi elmi jurnalda dərc edilmədiyi də vurğulanıb

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər