Azərbaycan nefti bahalaşdı
19 May 2026, 09:43
10 baxış
Admin
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
News24.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.75 ABŞ dolları və ya 1,5% artaraq 118.16 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 116.41 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Mənbə:
news24.az