Joze Mourinyo “Real Madrid”in baş məşqçisi oldu
18 May 2026, 17:26
11 baxış
Admin
Joze Mourinyonun İspaniyanın “Real Madrid” klubunun yeni baş məşqçisi təyin olunduğu açıqlanıb.
News24.az xəbər verir ki, məlumatı italyan jurnalist Fabrizio Romano yayıb. Bildirilib ki, “Real Madrid”də ikinci Mourinyo dövrü başlayır.
Romano qeyd edib ki, Joze Mourinyo və “Real Madrid” bütün şərtlər üzrə şifahi razılığa gəlib və hazırda rəsmi sənədlərin imzalanması gözlənilir.
Məlumata görə, tərəflər iki illik müqavilə üzrə razılaşıb. Mourinyonun rəsmi imza üçün “Real Madrid” – “Atletik” matçından sonra İspaniyaya gedəcəyi bildirilir.
Mənbə:
news24.az