Türküstan Bəyannaməsi imzalandı
15 May 2026, 18:10
19 baxış
Admin
Türk Dövlətləri Təşkilatının (TDT) üzv dövlətlərinin başçıları TDT liderlərinin qeyri-rəsmi sammitinin yekunlarına dair Türküstan Bəyannaməsini imzalayıblar.
News24.az xəbər verir ki, imzalanma mərasimində Prezident İlham Əliyev də iştirak edib.
Sənədin imzalanması TDT-yə üzv ölkələrin liderlərinin iclasının başa çatmasından sonra baş tutub.
Mənbə:
news24.az