Reklamı qadağan olunan əmtəələrin siyahısı dəyişdirildi
12 May 2026, 17:18
11 baxış
Admin
Nazirlər Kabineti "Reklamı qadağan olunan əmtəələrin siyahısı"nda dəyişiklik edib.
News24.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərarla siyahıdan elektron siqaretlər çıxarılıb, əvəzində nikotin tərkibi olmayan elektron siqaretlər siyahıya əlavə edilib.
Mənbə:
news24.az