İdman

Gözəl Zutovadan növbəti möhtəşəm qələbə

12 May 2026, 15:45 17 baxış Admin
Gözəl Zutovadan növbəti möhtəşəm qələbə

Mayın 10-da Bakıda Sərhədçi Olimpiya İdman Mərkəzində qarışıq döyüş növləri (MMA) üzrə beynəlxalq turnir keçirilib.
Bakupost.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 103 illiyinə həsr olunmuş yarışda azərbaycanlı idmançı Gözəl Zutova özbəkistanlı rəqibi Tursunkulova Khadıchabonu məğlub edib.
Turnirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Tacikistan və Qazaxıstandan olan idmançılar iştirak ediblər.
Xatırladaq ki, Gözəl Zutova 1985-ci ildə Zaqatalada anadan olub. 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib.O, qaydasız döyüş üzrə 3 dəfə dünya çempionu, 2 dəfə Avropa çempionu, 2012-ci ildə Yaponiyada keçirilən dünya kubokunun qalibi, dünya truirlərinin qalibi, dəfələrlə Azərbaycan çempionu olub.
Gözəl Zutovanın aylar əvvəl əldə etdiyi uğurla hər bir azərbaycanlının fəxr etdiyi idmançıya çevrilib. Belə ki, o, İstanbulda keçirilən Yusif Fight Championship (YFC) turnirində Ermənistan təmsilçisi Nara Marqarosyanı cəmi 10 saniyəyə nokauta salıb.
Lalə, BakuPost


Content Image
Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər