ABŞ yeni gömrük rüsumları tətbiq etməyə hazırlaşır
24 Nov 2026, 21:05
2 baxış
Admin
ABŞ administrasiyası dekabrın 2-də bir sıra ölkələrə qarşı gömrük rüsumlarının artırıldığını elan etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, yeni rüsumlar Çin, Avropa İttifaqı və ondan çox digər ölkədən idxal olunan məhsullara şamil ediləcək. Vaşinqton bu ölkələri yerli istehsalçılara subsidiyalar ayırmaqla ABŞ sənayesinə zərər vurmaqda ittiham edir.
Gözlənilir ki, ABŞ-nin Ticarət Nümayəndəliyi 1974-cü il tarixli Ticarət Qanununun 301-ci maddəsi çərçivəsində apardığı araşdırmanı yekunlaşdıracaq. Sözügedən maddə ABŞ Prezidentinə ədalətsiz iqtisadi təcrübələrə qarşı mübarizə məqsədilə birtərəfli qaydada gömrük rüsumları tətbiq etmək səlahiyyəti verir.
Xatırladaq ki, noyabrın əvvəlində Ağ Ev Meksika hakimiyyətinin ABŞ istiqamətində hərəkət etməyə hazırlaşan miqrant karvanlarının qarşısını almayacağı təqdirdə bu ölkənin məhsullarına tətbiq olunan gömrük rüsumlarının ikiqat artırılacağı barədə xəbərdarlıq etmişdi.
Mənbə:
bakupost.az