İqtisadiyyat

Azərbaycana gələn turistlərin sayı azaldı

24 Nov 2026, 13:19 3 baxış Admin
Azərbaycana gələn turistlərin sayı azaldı

Yanvar-oktyabr aylarında dünyanın 195 ölkəsindən Azərbaycana 2 milyon 80,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib.

News24.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 faiz azdır.

Ölkəmizə gələnlərin tərkibində Rusiya (26,6 faiz), Türkiyə (19,4 faiz) və İran (7,6 faiz) vətəndaşları ilk üçlükdə qərarlaşıb. Siyahıda sonrakı yerləri Gürcüstan (4,9 faiz), Qazaxıstan (4,6 faiz), İsrail (3,8 faiz), Pakistan (3,5 faiz), Özbəkistan (3,0 faiz), Çin (2,9 faiz) və Hindistan (2,7 faiz) tutur. Gələnlərin 66,8 faizi kişi, 33,2 faizi isə qadın olub. Məişət texnikası

Regionlar üzrə dinamikaya gəldikdə, Avropa İttifaqından gələnlərin sayı 9,9 faiz (111,5 min nəfər), MDB ölkələrindən gələnlərin sayı isə 5,5 faiz (781,4 min nəfər) artıb. Əvəzində körfəz ölkələrindən turist axınında 31,5 faiz (241,6 min nəfər) azalma qeydə alınıb. Əcnəbilərin 73,6 faizi ölkəyə hava, 25,1 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatı ilə gəlib.

Eyni dövrdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı da 1,9 faiz azalaraq 1 milyon 740,4 min nəfər təşkil edib. Vətəndaşlarımızın əsas üz tutduğu istiqamətlər sırasında Türkiyə 43,7 faizlə (ötən illə müqayisədə 2,2 faiz çox) birinci olub. Siyahını Rusiya (14,6 faiz; 1,9 faiz az), Gürcüstan (13,2 faiz; 19,2 faiz çox), İran (4,9 faiz; 47,9 faiz az) və digər ölkələr (23,6 faiz; 1,1 faiz az) davam etdirib.

Xaricə səfər edən azərbaycanlıların 64,3 faizini kişilər, 35,7 faizini qadınlar təşkil edib. Onların 69,9 faizi hava, 28,1 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından yararlanıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər