Dəhşətli partlayışla bağlı
09 Nov 2026, 23:27
21 baxış
Admin
Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verənvə 16 nəfərin həyatına son qoyan partlayışla bağlı 6 şübhəli şəxs saxlanılıb.
"Bakupost" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, faktla bağlı dərhal cinayət işi başlanılıb.
İlkin araşdırmalar nəticəsində hadisədə təqsiri olduğu müəyyən edilən 6 şübhəli saxlanılıb.
Hazırda hadisə ilə bağlı istintaq davam etdirilir.
Mənbə:
bakupost.az