Dünya

Rusiya Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücumlar edir

03 Nov 2026, 19:59 2 baxış Admin
Rusiya Ukraynanın enerji infrastrukturuna genişmiqyaslı hücumlar edir

Rusiya gecə saatlarından etibarən Ukraynanın enerji infrastrukturuna qarşı ən genişmiqyaslı hücumlardan birini həyata keçirir.


"Bakupost" xəbər verir ki, bu barədə “Ukrenerqo” məlumat yayıb.
Bildirilib ki, ötən sutka ərzində Rusiya qüvvələri enerji obyektlərinə 20-dən çox məqsədli hücum edib və görünməmiş sayda zərbə vasitələrindən istifadə olunub.

Hücumlar nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəyib.
Məlumata görə, hücumların nəticəsi olaraq hazırda ölkənin bir sıra bölgələrində, o cümlədən Kiyevdə elektrik enerjisinin qəza rejimində verilişi dayandırılır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər