Prezidentin yüksək vəzifə verdiyi Səbuhi Sadıqov kimdir?
03 Nov 2026, 16:47
1 baxış
Admin
Prezident İlham Əliyevin sərəncamı ilə Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilib.
"Bakupost" xəbər verir ki, S.Sadıqov 1984-cü ildə anadan olub.
2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Maliyyə və Kredit" ixtisası üzrə bakalavr, 2007-ci ildə isə magistr dərəcəsini alaraq universiteti fərqlənmə ilə bitirib.
2014-cü ildə ABŞ-ın Nyu-Hempşir ştatının İctimai Mühasiblər Heyəti tərəfindən Sertifikatlaşmış İctimai Mühasib (CPA) dərəcəsi ilə təltif edilib.
Əmək fəaliyyətinə 2005-ci ildə maliyyə-sığorta sektorunda başlayıb.
2007-2018-ci illərdə "Ernst & Young" beynəlxalq audit və konsaltinq şirkətində müxtəlif vəzifələrdə çalışıb və baş menecer səviyyəsinədək yüksəlib.
2018-2021-ci illərdə PMD şirkətlər qrupunda Audit departamentinin direktoru, habelə bir sıra şirkətlərin audit komitələrinin üzvü və sədri vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 dekabr tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Bu gün isə o, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin sədri olub.
Mənbə:
bakupost.az