Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş - Foto
03 Nov 2026, 10:47
1 baxış
Admin
Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.
News24.az xəbər verir ki, o, Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, A.Rəsulovun ailəsində baş vermiş ilk belə hadisə deyil. Daha əvvəl onun atası və əmisi oğlu da oxşar şəkildə vəfat edib.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü A.Rəsulovun yanmış meyiti oktyabrın 31-i səhər saatlarında şəhərin meşəlik ərazisində tapılıb.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır./ölkə.az/
Mənbə:
news24.az