Qubada 5 mərtəbəli bina satılır: 2,9 milyona -
27 Oct 2026, 23:54
15 baxış
Admin
Quba şəhəri, Heydər Əliyev prospekti, 205/1 ünvanında yerləşən qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
"Bakupost" Yeniavaz.com-a istinadla xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 5 mərtəbədən ibarətdir.Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,1088 hektara bərabərdir. Ümumi sahəsi 3 175,1 kv. metr olan və “Zamin Apart” adlı otel kimi fəaliyyət göstərən obyektin başlanğıc qiymətinin 2 milyon 930 min manat olduğu bildirilir.
Mənbə:
bakupost.az