Vaqif Əsədov toyda rəqsi ilə diqqət çəkdi
27 Oct 2026, 12:44
14 baxış
Admin
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin keçmiş rəisi Vaqif Əsədov uzun müddət sonra toy məclislərindən birində görüntülənib.
"Bakupost" xəbər verir ki, yayılan görüntülərdə Vaqif Əsədovun məclisdə rəqs etdiyi anlar əks olunub.
"Bakupost" həmin görüntüləri təqdim edir:
Qeyd edək ki, V.Əsədov uzun müddət Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi və mətbuatla əlaqələr üzrə məsul şəxs olub. 2022-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar vəzifədən azad edilərək təqaüdə göndərilib.
Mənbə:
bakupost.az