Cəmiyyət

Sabah Yardımlının 7 kəndində qaz olmayacaq

27 Oct 2026, 12:05 15 baxış Admin
Sabah Yardımlının 7 kəndində qaz olmayacaq

Sabah Yardımlı rayonunun 7 kəndinin qaz təchizatı dayandırılacaq.

News24.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yardımlı şəhərinin və rayonun Qabaqdibi, Vəlixanlı, Köryədi, Mişkireyin, Dəlləkli, Ostayır və Sırıq kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər