Digər

Azərbaycan “Qazprom”dan qaz alışını

16 Oct 2026, 13:29 17 baxış Admin
Azərbaycan “Qazprom”dan qaz alışını

Azərbaycan Rusiyanın “Qazprom” şirkətindən qaz alışını bərpa etmək niyyətindədir.
"Bakupost" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov “Rusiya Enerji Həftəsi” forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, Rusiya şirkəti ilə əməkdaşlıq nümunəvi xarakter daşıyır.
“Biz fəxrlə deyə bilərik ki, "Qazprom’" kimi nəhəng şirkətlə əməkdaşlığımız çox yaxşı bir nümunədir. Çünki yəqin ki, SOCAR dünyada əvvəlcə "Qazprom"dan qaz alan, sonra "Qazprom"a qaz tədarük edən, indi isə yenidən qaz almaq istəyən yeganə şirkətdir", - deyə Nəsirov qeyd edib.
Lalə, BakuPost

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər