Siyasət

Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”

10 Oct 2026, 16:27 30 baxış Admin
Kadırov Prezidentlə AZAL-ın qəzaya düşən təyyarəsindən danışdı - “Ortaq kədərimizdir”

Çeçenistanın başçısı Ramzan Kadırov Azərbaycan Prezidenti İlham Əliyevə 2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı başsağlığı verib.

News24.az xəbər veirr ki, İlham Əliyevin bu gün Bakıda qəbulunda Ramzan Kadırov deyib:

“2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər