Dünya

Məktəbin tavanı şagirdin başına uçdu

07 Oct 2026, 11:07 17 baxış Admin
Məktəbin tavanı şagirdin başına uçdu

Rusiyanın Başqırdıstan Respublikasında məktəbdə tavanın bir hissəsi qoparaq şagirdin başına düşüb.

News24.az xəbər verir ki, hadisə İq­linski rayonunda səkkizinci sinif şagirdinin dərsdən əvvəl sinfə daxil olduğu zaman baş verib.

Hadisə nəticəsində şagird xəsarət almayıb.

Valideynlərin sözlərinə görə, məktəb bərbad vəziyyətdədir və burada uşaqların olması təhlükəlidir, lakin bina təmir edilmir.

Məktəb rəhbərliyi bildirib ki, sinifdəki tavan bir həftə ərzində təmir olunacaq. Lakin suvağın yalnız həmin otaqda deyil, binanın hər yerində, o cümlədən xarici hissələrdə də qopduğu qeyd edilir.

Məktəbin əsaslı təmiri üçün artıq smeta hazırlanıb, lakin təmirin nə vaxt başlayacağı məlum deyil.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər