Bakıda SOCAR-ın yanacaq daşıyan maşını qəzaya düşdü - VİDEO
07 Oct 2026, 10:06
20 baxış
Admin
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, qəza gecə saatlarında, metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb.
Belə ki, hərəkətdə olan yük avtomobili Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaq daşıyan maşına çırpılıb.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. /Unikal.az/
Mənbə:
news24.az