Litva ilə oyunda qol vuran Mahir əsgər salamı verdi
27 Sep 2026, 18:14
23 baxış
Admin
UEFA Millətlər Liqasının D Divizionunda Litva ilə oyunda qol vuran Azərbaycan millisinin futbolçusu Mahir Emreli sevincini fərqli şəkildə qeyd edib.
News24.az xəbər verir ki, Kaunas şəhərində keçirilən görüşün 14-cü dəqiqəsində fərqlənən hücumçu azərbaycanlı azarkeşlərin olduğu sektora yaxınlaşaraq əsgər salamı verib.
Xatırladaq ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Forvard bu qolla hesabı bərabərləşdirib.
Qeyd edək ki, Litva - Azərbaycan matçında hazırda ilk hissə oynanılır və hesab 1:1-dir./Unikal
Mənbə:
news24.az