Paşinyan: "Azərbaycanla sülh Rusiya ilə münasibətlərə də təsir edəcək"
Ermənistanla Rusiya arasında münasibətlər transformasiya mərhələsindədir və bu, təbii prosesdir.
News24.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
Paşinyanın sözlərinə görə, əvvəlki dövrdə Ermənistanla Rusiya arasındakı münasibətlərə təsir edən ən mühüm amil Ermənistan-Azərbaycan münaqişəsi olub.
O qeyd edib ki, Azərbaycanla sülhün əldə olunmasından sonra Ermənistanla Rusiya arasında münasibətlər də təbii olaraq dəyişəcək.
“İndi Azərbaycanla sülh əldə etdiyimiz üçün Ermənistanla Rusiya arasındakı münasibətlər də təbii olaraq dəyişəcək. Biz bu münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etməsini istəyirik”, – deyə Paşinyan vurğulayıb.
Hökumət başçısı bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərin inkişafında dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmaq niyyətindədir.