Siyasət

Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması çox vacibdir"

17 Sep 2026, 13:51 6 baxış Admin
Prezident: "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması çox vacibdir"

Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür.

News24.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib.

Dövlətimizin başçısı, həmçinin qeyd edib:

“Gənc nəslin ölkələrimizdə vətənpərvərlik, milli prinsiplərə və mənəvi dəyərlərimizə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir. Bu kontekstdə, əlbəttə, bu, TDT-nin fəal çalışmalı olduğu geniş sahədir, o cümlədən gənclər siyasəti ilə bağlı tədbirlər çərçivəsində”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər