Cəmiyyət

"Oyunu tam qadağan etmək həll deyil” – “Roblox”la bağlı valideynlərə xəbərdarlıq

16 Sep 2026, 18:08 5 baxış Admin
"Oyunu tam qadağan etmək həll deyil” – “Roblox”la bağlı valideynlərə xəbərdarlıq

Ötən gün Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılıb. Baş Prokurorluğun məlumatına görə, yeniyetmənin “Roblox” oyun platformasında qarşılaşdığı, psixoloji vəziyyətinə mənfi təsir göstərən zərərli məzmun və çağırışların təsiri ilə bu addımı atdığı müəyyən edilib.

Hadisə yeniyetmələrin onlayn oyun platformalarından istifadəsi ilə bağlı təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib. Bəs “Roblox” kimi platformalarda uşaqların qarşılaşa biləcəyi zərərli məzmunlardan necə qorunmaq olar? Bu cür oyunlara yaş məhdudiyyəti tətbiq etmək mümkündürmü və valideyn nəzarəti nə dərəcədə effektivdir?

Bu barədə News24.az-a açıqlama verən texnoloq Elvin Həsənov qeyd edib ki, belə hadisələrdə səbəbi yalnız oyunun üzərinə qoymaq doğru olmaz: "Bununla yanaşı, uşaqların açıq onlayn platformalarda hansı məzmunla və kimlərlə qarşılaşdığını da bəsit qəbul etmək olmaz. “Roblox” kimi platformalarda oyunla yanaşı, başqa istifadəçilərlə ünsiyyət, müxtəlif qruplar və istifadəçi tərəfindən yaradılan məzmun da var. Risk də elə burdan başlayır. Yaş məhdudiyyəti qoymaq mümkündür, ancaq bu, kifayət etmir. Uşaq qeydiyyatda yaşını fərqli göstərə bilər, başqa hesabdan daxil ola bilər və ya valideynin telefonundan istifadə edə bilər. Ona görə texniki yaş həddi ilə yanaşı, valideyn nəzarəti də olmalıdır”.

Ekspertin sözlərinə görə, hesabın məxfilik ayarları, mesajlaşma imkanları, uşağa yaza biləcəklərin siyahısı, daxil ola biləcəyi məzmunlar və gündəlik istifadə müddəti məhdudlaşdırıla bilər: “Məncə, valideyn üçün ən vacib məsələ uşağın sadəcə, neçə saat oynadığını yox, orada nə yaşadığını bilməkdir. Oyunda tanımadığı biri onunla davamlı danışırsa, başqa platformaya keçməyini istəyirsə, qorxudursa, təzyiq göstərirsə və ya "bunu valideyninə demə" deyirsə, bunlar ciddi xəbərdarlıq siqnallarıdır. Bir də oyunu birdən-birə tam qadağan etmək həmişə ən yaxşı həll deyil. Bəzən uşaq gizli istifadə etməyə başlayır və bu zaman valideyn nə baş verdiyini ümumiyyətlə görə bilmir. Daha düzgün yanaşma odur ki, valideyn uşağın istifadə etdiyi platformanı özü də tanısın, hesabı birlikdə qursun və uşaq problem yaşayanda rahat şəkildə danışa bilsin”.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər