Meyxanaçılar arasında insident - Balaəli ona butulka atdı - Video
16 Sep 2026, 11:18
4 baxış
Admin
Bakıda məclislərin birində meyxana deyişməsi zamanı insident qeydə alınıb. Tanınmış meyxanaçı Balaəli Maştağalı həmkarı Xosrov Maştağalıya butulka atıb.
News24.az xəbər verir ki, məclisdə baş verən bu gözlənilməz gərginlik zamanı Balaəlinin bu hərəkəti digər meyxanaçı yoldaşlarının və məclisdə iştirak edənlərin sərt etirazına səbəb olub. Ətrafdakılar dərhal müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıblar və Balaəli məclisdən uzaqlaşdırılıb.
Hadisə sosial şəbəkələrdə və izləyicilər arasında geniş müzakirələrə yol açıb.
Görüntüləri təqdim edirik. /nocomment.az/
Mənbə:
news24.az