İdman

Messi Argentina millisinin tərkibində vida oyununa çıxacaq

16 Sep 2026, 01:00 6 baxış Admin
Messi Argentina millisinin tərkibində vida oyununa çıxacaq

“İnter Mayami”nin 39 yaşlı hücumçusu Lionel Messi Argentina millisinin qarşıdakı yoldaşlıq oyunları üçün heyətə dəvət olunub.

News24.az xəbər verir ki, bu barədə Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytı məlumat yayıb.

Argentina sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaq.

Daha əvvəl Beninlə matçın Messi üçün milli komandada vida oyunu olacağı bildirilib. 2022-ci il dünya çempionuna Buenos-Ayresdəki “Monumental” stadionunda vida mərasimi təşkil olunması planlaşdırılır. Həmçinin 2022-ci ildə dünya çempionu olan Argentina millisinin bütün üzvlərinin bu oyuna dəvət ediləcəyi gözlənilir.

Xatırladaq ki, Messi avqustun 31-də Argentina millisində karyerasını başa vuracağını açıqlayıb.

Hücumçu Argentina millisinin heyətində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər