Avropa çempionatı: Azərbaycan millisi yarımfinala vəsiqə qazandı
13 Sep 2026, 17:54
13 baxış
Admin
3x3 basketbol üzrə Belçikanın Antverpen şəhərində keçirilən Avropa çempionatında həlledici oyunlara start verilib.
News24.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi 1/4 finalda Fransa seçməsi ilə qarşılaşıb və rəqibinə 20:15 hesabı ilə qalib gəlib.
Yarımfinalda rəqib İspaniya millisi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Mənbə:
news24.az