Cəmiyyət

Coşqun və Ucalın öldüyü mərkəz

09 Sep 2026, 09:13 18 baxış Admin
Coşqun və Ucalın öldüyü mərkəz

“Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.
“Bakupost” Mia.az-a istinadən xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.
Qeyd edək ki, “Şəki yaylası”nda baş verən faciədə Qax rayon Zərnə kənd sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər