Sumqayıtda 22 yaşlı qızın meyiti tapıldı
08 Sep 2026, 15:10
16 baxış
Admin
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə ölüb.
News24.az xəbər verir ki, hadisə sentyabrın 7-si saat 15 radələrində baş verib.
2004-cü il təvəllüdlü N.Cəlilovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı 5-ci mikrorayondakı evdə tapılıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)
Mənbə:
news24.az