26 yaşlı oğlan iş yerində öldü
08 Sep 2026, 12:37
17 baxış
Admin
Bakıda gənc oğlan işlədiyi yerdə ölüb.
News24.az xəbər verir ki, hadisə Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki daş karxanalarından birində baş verib.
Yardımlı rayon sakini 2000-ci il təvəllüdlü Samir Adixan oğlu Abbasov işlədiyi yerdə qəfil vəfat edib.
Onun ürək çatışmazlığından öldüyü bildirilib.
Araşdırma aparılır. (Qafqazinfo)
Mənbə:
news24.az