"Mançester Yunayted" - "Sabah" oyununu fransalı hakim idarə edəcək
08 Sep 2026, 13:20
20 baxış
Admin
İngiltərədə "Mançester Yunayted" və "Sabah" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununu fransalı hakim idarə edəcək.
News24.az xəbər verir ki, qarşılaşmanın baş hakimi Villi Delajod olacaq.
Xatırladaq ki, qarşılaşma sentyabrın 10-da keçiriləcək.
Mənbə:
news24.az